Moskvada azərbaycanlılarla ləzgilər arasında insident baş verib

Moskvada azərbaycanlılarla ləzgilər arasında insident baş verib

23 Avqust 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın şərqində azərbaycanlılarla dağıstanlılar arasında qanlı insident baş verib. İki tərəf arasında düşən kütləvi dava nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Moskvanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə dünən Bakı vaxtı ilə təqribən səhər saat 05:30-da baş verib.

Hadisə yerinə gələn polis dəstələri müəyyən ediblər ki, dağıstanlılarla azərbaycanlılar arasında düşən mübahisə sonradan dava ilə nəticələnib və Xabarovsk küçəsində başlayan dava Baykal küçəsinə qədər davam edib.

"İnsident nəticəsində 21 yaşlı Nalçik sakini sinəsindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib, daha iki nəfər isə bıçaq xəsarətləri və başlarından aldıqları travma ilə xəstəxanaya yerləşdiriliblər", - deyə hüquq-mühafizə orqanlarından qeyd edilib.

Davanın digər iştirakçıları hadisə yerindən qaçıblar. Lakin polis bir nəfəri öldürən, daha ikisini isə yaralayanın şəxsiyyətini müəyyən edə bilib. Bu, Moskva ətrafında qeydiyyatsız yaşayan 31 yaşlı Azərbaycan vətəndaşıdır. Hazırda o axtarışdadır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə cinayət işi qaldırılıb. Hazırda həmçinin 111 ("Sağlamlığa qəsdən ağır zərər yetirmə") və 213-cü ("Dələduzluq") maddələr üzrə cinayət işlərinin qaldırılması məsələsi nəzərdən keçirilir.

Söz var kəsdirər başı, söz var kəsər savaşı. (Ş.İ.Xətai)

Tofiq Əliyev

O.M.