Polis itkin düşən Şabran sakinini axtarır

Polis itkin düşən Şabran sakinini axtarır

21 İyun 2016 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran sakini - Orucov Fərhad Müslüm oğlu 2 iyun 2016-cı il tarixində yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Bu barədə Şabran rayon Polis Şöbəsinə onun qardaşı Vaqif Orucov ərizə ilə müraciət edərək məlumat verib.

Onun boyu 172 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi boz, saçının rəngi ağdır. Evdən çıxarkən əynində qara köynək, hərbi formada şalvar və ayağında qara rəngli ayaqqabı olub. Ruhi xəstədir. Bu şəxs haqqında məlumatı olanlardan (050) 385 63 74, (077) 539 73 40, (077) 340 07 40 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

Mediainfo.az