Tehranda dəhşətli terror aktının qarşısı alınıb

Tehranda dəhşətli terror aktının qarşısı alınıb

20 İyun 2016 15:06
219
Bəyəndim (0) Bəyənmədim (0)

İran hökuməti Tehranda çox böyük terror aktının qarşısının alındığını açıqlayıb. APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə İranın dövlət televiziyası Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinə istinadən xəbər yayıb. Xəbərə əsasən ölkənin paytaxtında və vilayətlərində bir neçə partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb. Xüsusi əməliyyat zamanı partlayıcı vasitə və döyüş sursatları aşkar edilib.

Nazirlik tutulanların kimliyini açıqlamasa da, onların radikal islamçıların adlandırıldığı kimi, "takfirçilər" olduğunu bildirib.

Mediainfo.az