Liviyanın Yunanıstandakı səfirliyinə hücum olub

Liviyanın Yunanıstandakı səfirliyinə hücum olub

23 Avqust 2011 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Müxalifət qüvvələrinin paytaxt Tripoliyə nəzarəti ələ aldığı barədə xəbərlərdən sonra Yunanıstanın paytaxtı Afinada bir qrup liviyalı mühacir Liviyanın bu ölkədəki səfirliyinin binasına hücum edib. Müəmmər Qəddafi əleyhinə şüarlar səsləndirən onlarla nəfərlik qrup Liviya bayrağını endirərək, Milli Keçid Şurasının bayrağını qaldırıb, Qəddafinin və ona yaxın dairələrin sərt cəzalandırılmasını tələb ediblər. Qrup həmçinin Qəddafinin müəllifi olduğu "yaşıl kitab"ın çox sayda nüsxəsini də məhv ediblər. Hücum zamanı Liviyanın Yunanıstandakı səfirinin binada olmadığı bildirilir.

Nə tökərsən aşına, o da çıxar qarşına.

Tofiq Əliyev

O.M.