Formula 1 yarışları çərçivəsində 100-dən çox insana təcili tibbi yardım göstərilib

Formula 1 yarışları çərçivəsində 100-dən çox insana təcili tibbi yardım göstərilib

20 İyun 2016 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində 100-dən çox insana təcili tibbi yardım göstərilib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev KİV-ə açıqlamasında deyib ki, onların arasında tamaşaçılar, idmançılar, marşallar, könüllülər var. Onun sözlərinə görə, yarış zamanı xüsusi hadisə baş verməyib, zərərçəkən olmayıb və onların hamısı ümumi müraciətlərdir: "Təcili yardım göstərildikdən sonra bəzi insanlar xəstəxanaya yerləşdirilib. Onların sayı barədə dəqiq məlumat yoxdur. Hələ qonaqlar, idmançılar Bakıdadır. Ona görə də yekun rəqəmlər bir müddət sonra məlum olacaq".

Qeyd edək ki, "Formula-1" yarışı ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası iyunun 1-dən gücləndirilmiş iş rejiminə keçib və bütün həkim briqadaları tam hazır vəziyyətə gətirilib.

Yarış zamanı tibbi yardım göstərilməsi üçün 27 həkim briqadası ayrılıb. Onlardan 12-si idmançılar, 6-sı isə tamaşaçılar və gələn qonaqlara xidmət göstərib. 9 həkim briqadası isə ambulator fəaliyyət göstərib. Həkimlər yarışın keçiriləcəyi yerlərdə yaradılan 9 tibb məntəqəsində qonaqlara tibbi yardım edib. Bundan əlavə, ərazidə idmançılar üçün nəzərdə tutulan ümumi bir məntəqə yaradılıb. Orada yüksək ixtisaslı cərrahlar, travmatoloq, nevropatoloqlar fəaliyyət göstərib.

mediainfo.az