14 vəzifəli şəxs öldürüldü

14 vəzifəli şəxs öldürüldü

20 İyun 2016 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanda ən azı 14 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib.

Terror aktı Əfqanıstanın paytaxtı Kabulda törədilib. Məlumata görə, içərisində məmurların olduğu mikroavtobus partladılıb. Bir qisim KİV-lər isə maşında təhlükəsizlik əməkdaşlarının olduğunu iddia edirlər.

İlkin məlumata əsasən, ən azı 14 nəfər ölüb. Partlayış baş verən əraziyə çox sayda polis və təcili tibbi yardım maşınları cəlb edilib.

Hadisə barədə təfərrüatlar hələki məlum deyil. (AzNews)

Mediainfo.az