Rusiyada matəm elan olundu! - VİDEO

Rusiyada matəm elan olundu! - VİDEO

20 İyun 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
14 uşağın faciəvi ölümü hər kəsin ürəyini dağladı

Rusiyanın Kareliya Muxtar Respublikasının Pryajinsk rayonunda faciəvi hadisə baş verib.


Kareliyaya "Park-hotel Syamozero" sağlamlıq düşərgəsinə gedən 47 uşaq və 4 təlimçi Syamorzero gölünə gəzintiyə çıxıblar.

Sahildən uzaqlaşdıqdan bir müddət sonra fırtınaya düşən qayıqlardan ikisi aşaraq batıb. Faciə zamanı yaşı 12-14 arasında olan 14 uşaq boğulub. Yalnız xilasetmə kəməri geyinən uşaqlar xilas ola biliblər.


Faktla bağlı cinayət işi başlanıb. Qayıqla gəzintisi təşkil edən otelin direktor və direktor müavini saxlanılıblar. Onlar təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunurlar.

Rəsmilər bölgədə fırtına xəbərdarlığı edildiyini, təcrübəli balıqçıların gölə çıxmadıqlarını, düşərgədə yaşayanların isə xəbərdarlığı nəzərə almadıqlarını bildirirlər.

Mediainfo.az