5 yaşlı uşaq həşəratları məhv edən dərmanı içdi - ŞƏKİDƏ

5 yaşlı uşaq həşəratları məhv edən dərmanı içdi - ŞƏKİDƏ

20 İyun 2016 09:49
287
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 19-u axşam saat 20:30 radələrində Şəki rayonunun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 5 yaşlı M. Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan "Neasidol" kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.

Həkimlərin səylərinə baxmayaraq, M. Qafarov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az