Bakıda  lift 7-ci mərtəbədən şaxtaya düşüb, ölən var

Bakıda lift 7-ci mərtəbədən şaxtaya düşüb, ölən var

22 Avqust 2011 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xətai rayonu ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasında bədbəxt hadisə baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Zəkiyeva Mehriban Qurban qızı binanın 7-ci mərtəbəsindən liftin şaxtasına düşərək ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Xilasedicilər binanın zirzəmisindən şaxtaya daxil olaraq M. Zəkiyevanın cəsədini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

Vaxtında təhlükəsizlik tədbirləri görüləndə bir çox fəlakətlərin qarşısını almaq olur.

Tofiq Əliyev

O.M.