16 yaşlı qızı zorla qaçırıblar - MAŞTAĞADA

16 yaşlı qızı zorla qaçırıblar - MAŞTAĞADA

17 İyun 2016 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Maştağa qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü A. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. 16 yaşlı qızın atası Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib.

O, bildirib ki, tanımadığı şəxs 16 yaşlı qızını evlənmək məqsədilə qaçırıb. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O qeyd edib ki, qızı yetkinlik yaşına çatmayıb və məktəblidir. Qızın atası şikayətini belə əsaslandırıb ki, qızını həmin şəxs zorla qaçırıb.

Hazırda polis əməkdaşları tərəfindən tədbirlər görülür. (teleqraf)

Mediainfo.az