Hindistanda avtobus qəzaya uğrayıb

Hindistanda avtobus qəzaya uğrayıb

12 Aprel 2011 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın şimalında sərnişin avtobusu qəzaya uğrayıb. Avtobusun ağaca çırpılması nəticəsində 12 sərnişin ölüb, 37 nəfər isə ağır yaralanıb. Qəzada ölənlərdən üçünün azyaşlı olduğu bildirilir. Polis qəzanın Uttar Paradeş əyalətinin paytaxtı Luknovun 100 kilometr şimalı-qərbində baş verdiyini açıqlayıb. Qəzaya uğramış avtobus ölkənin şimalında yerləşən Amethi qəsəbəsinə gedəcəkmiş.

Təəssüf ki, hər şey filmlərdəki kimi olmur. Yoxsa Hind kinosunun qəhrəmanı Cimi bir tullanışla hamını xilas edərdi.

Elvin Babayev

O.M.