ANS-dən 3 jurnalist barədə açıqlama: "Birinin krediti var, birinin uşaqları. İş var?"

ANS-dən 3 jurnalist barədə açıqlama: "Birinin krediti var, birinin uşaqları. İş var?"

17 İyun 2016 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

ANS-in son bir həftə ərzində tanınmış aparıcıları - Kəmalə Əlisgəndərqızı, Əməkdar jurnalist Ləman Ələşrəfqızı və Tünzalə Rafiqqızının işdən getməsi əlavə söz-söhbətlərə rəvac verib. Bəziləri bunu ANS-ə təyin olunana yeni baş redaktor Fidan Quliyeva ilə aparıcıların yola getməmələri ilə əlaqələndirib.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Fidan çox istedadlı qızdır, 10 il ANS-də işləyib, sonra Türkiyədə fəaliyyət göstərib. Onun aparıcı qızlarla heç bir problemi yoxdur. Elə Ləman özü onunla bir saat söhbət eləyib. Mən də Ləmanla dünən bir saat oturub söhbət eləmişik, ona başa salmışam, demişəm ki, dava-şava da olar, amma adam işdən getməz. Kəmaləyə də, Tünzaləyə də eyni sözlər deyilib. Onları ANS-dən qovan var? Gəlib otursunlar, işlərini davam etdirsinlər. Birinin krediti var, birinin uşaqları. İş var? Oturub işlərini görsünlər də. Bunu qalmaqala çevirməyin nə mənası var axı?" (publika)

Mediainfo.az