Daha bir hərbi komissar həbs edilib

Daha bir hərbi komissar həbs edilib

22 Avqust 2011 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha bir rayonun hərbi komissarı həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayon hərbi komissarı polkovnik-leytenant Cahangir Həsənov korrupsiyada ittiham olunur. C. Həsənov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb. Naxçıvan Hərbi Komissarlığından APA-ya C. Həsənovun saxlanılmasını təsdiqləyiblər. Komissarlıqdan bildirilib ki, onun səlahiyyətlərini müvəqqəti olaraq kapitan Vüqar Rəhimov icra edir.

Artıq tamah hər zaman baş yarır.

Tofiq Əliyev

O.M.