
Azərbaycana payız gəlir?
Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyi əsəcək, həmçinin avqustun 24-25-də ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir.
Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü, həmçinin avqustun 24-25-də ötən günlərlə müqayisədə sərin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Havanın necə olmasından asılı olmayaraq, çalışın sağlam qalın.
Günel Həbib
O.M.