Özbəkistan qonşu respublikalarla sərhədi bağlayıb

Özbəkistan qonşu respublikalarla sərhədi bağlayıb

15 İyun 2016 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan və Türkmənistandan vətəndaşların və nəqliyyat vasitələrinin respublikaya gəlişini məhdudlaşdırır.

apa-nın "AKNpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Dövlət Sərhəd Xidmətiməlumat yayıb.

"Özbəkistan iyunun 15-dən 25-dək Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistandan vətəndaş, nəqliyyat vasitələri və yüklərin ölkəyə daxil olmasını məhdudlaşdırır. İstisna qayda ancaq Qırğızıstanın Oş vilayətindəki eksklav Barak Kara Suuysk rayonuna şamil ediləcək. Oranın sakinləri əvvəlki qaydada qırğız-özbək sərhədini keçə biləcəklər", - deyə məlumatda bildirilir.

Qadağanın səbəbləri barədə heç nə deyilmir. Lakin ehtimal edilir ki, səbəb iyunun 23-24-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsi ola bilər.

Mediainfo.az