Hamilə qadın məhkəmə zalından azadlığa buraxılıb

Hamilə qadın məhkəmə zalından azadlığa buraxılıb

14 İyun 2016 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vəfa Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə o, 2500 manat cərimə olunub. Hamilə olan V. Zeynalova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Vəfa Zeynalova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilib. O, vətəndaşa 9 min manat ziyan vurub. Saxlanılan zaman dəymiş ziyan ödənilib.

Mediainfo.az