Nazir narazılıqlara aydınlıq gətirdi

Nazir narazılıqlara aydınlıq gətirdi

14 İyun 2016 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov bu ildən məktəblərdə dərslərin iyunun 14-də başa çatması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib.

Nazir qeyd edib ki, tədrisin məzmunu və təşkilinin təkmilləşdirilməsi daimi vəzifələrdəndir. "Növbəti tədris ili də eyni vaxtda başa çatacaqmı" sualına cavab olaraq nazir "Bu istiqamətdə bütün fəaliyyət davam etdiriləcək", - deyə bildirib.

Nazir tədris ilinin başa çatması münasibətilə şagird və müəllimləri təbrik edib.

Mediainfo.az