Meksikada dağ da, daş da qorxuya düşüb

Meksikada dağ da, daş da qorxuya düşüb

22 Avqust 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

2006-cı ildən bu yana 40 min nəfərin öldürüldüyü Meksika sakinləri panika içərisində yaşayırlar. Belə ki, Mexiko-Sitidəki "Sanqus-Laqona" stadionunda matç izləyənlər silah səsi eşitdikdə dərhal yerə uzandılar. Dekabr ayında 7 futbolçunun sahənin tam ortasında öldürüldüyünü unutmayan izləyicilər analoji vəziyyətin episentrində qaldıqlarını düşündülər. Ancaq silah səslərinin stadionun xaricində - polis mərkəzinə edilən silahlı hücumdan gəldiyi aydın oldu. Polis mərkəzindəki hücumla bağlı xəsarət alanın olmadığı bildirildi. Onu da xatırladaq ki, Meksikanın paytaxtında gün ərzində hardasa onlarca insan öldürülür.

Qorxan gözə çöp düşər.

Günel Həbib

O.M.