Ramazanın 6-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanın 6-cı gününün duası, imsak və iftar vaxtı

12 İyun 2016 01:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 12-də Bakıda imsak saat 03:08-da, iftar isə saat 20:28-dədir.

Ramazan ayının 6-cı gününün duası:

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

Tərcüməsi:
"İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!"

Allah orucunuzu qəbul etsin!

Mediainfo.az