BTC-nin müqaviləsi dayandırıla bilər

BTC-nin müqaviləsi dayandırıla bilər

12 Aprel 2011 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Botaş şirkətindən şok açıqlamalar gəlib. Belə ki, Botaş İnternational Limited (BİL) şirkəti hökumətdən BTC ilə bağlı müqavilənin ləğv edilməsini istəyib. Şirkət nümayəndəsi İbrahim Palaz, "Müqavilə Türkiyənin əleyhinə işləyir, 31 milyon dollar borcumuz var. 2025-ci ilə qədər bu borc 2 milyard dollar olacaq", - deyib.

Daha sonra İbrahim Palaz müqavilənin hüquqi cəhətdən düzgün olmadığını və yeni müqavilə bağlanmasını istəyib. O, " Müqavilə bu şərtlərdə davam etdirilə bilməz. Müzakirələr davam etdirilsə də, bir nəticəyə gəlməmişik. Ümidimi itirmək üzrəyəm", - deyə açıqlamasına davam edib.

Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin Türkiyə üzrə nümayəndəsi məsələyə aydınlıq gətirib. O, "Biz "BİL" ilə rəqib deyilik, müzakirələr davam edir və yaxın zamanda məsələ öz həllini tapacaq", - deyib.

Türkiyəli mütəxəssislər isə məsələyə fərqli yanaşırlar. Bəziləri qeyd edirlər ki, BTC-dən Türkiyə bir dövlət olaraq hər ay milyon dollar vəsait əldə edir. Ona görə də baş verə biləcək hər hansı problemdən narahatlıq keçirməyinə dəyər.

Yaradılmış süni problem Azərbaycana təzyiqdən başqa bir şey deyil. Görünür, dünya bazarlarında karbohidrogen maddələrin bahalaşdığından ehtiyatlanan qarşı tərəf şantaj yolu ilə Azərbaycanı adekvat addımlardan çəkindirməyə çalışır.

Elvin Babayev

O.M.