Prokuror Qənimət Zahidin qohumlarına cəza istəyib

Prokuror Qənimət Zahidin qohumlarına cəza istəyib

10 İyun 2016 16:50
345
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək hər bir təqsirləndirilənin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Mediainfo.az