Xaçmazda intihar

Xaçmazda intihar

22 Avqust 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Xaçmazın Pirquluoba kəndində intihar hadisəsi baş verib. Səhər saat 08:15 radələrində polis bölməsinə məlumat daxil olan kimi, şöbənin əməkdaşları və Prokurorluğun müstəntiqi hadisə yerinə yollanıb. Məlum olub ki, özünü asan 31 yaşlı Nazim İsgəndər oğlu Rəhimovdur. O, kapron iplə gilas ağacından asılmış halda aşkarlanıb. Hadisənin baş vermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

İntihar heç bir problemi həll etmir. Problemləri daha da artırır. Ən düzgün yol çətinliklərə sinə gərməkdir.

Tofiq Əliyev

O.M.