İstanbulda qanlı terrorun detalları - 1 ton partlayıcı maddə yüklənmiş maşın 10 gün Türkiyədə dolaşıb - fotolar

İstanbulda qanlı terrorun detalları - 1 ton partlayıcı maddə yüklənmiş maşın 10 gün Türkiyədə dolaşıb - fotolar

9 İyun 2016 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Srağagün İstanbulda Veznecilər dayanacağında törədilən və 11 nəfərin ölümünə səbəb olan qanlı terror aktının detalları məlum olub.

Partlayış məsafədən idarə olunan mexanizmlə deyil, canlı bomba vasitəilə həyata keçirilib.

Qeyd olunur ki, qanlı terror aktının törədilməsinə hazırlıqlar 12 gün öncə başlanılıb. Terrorçular İstanbulun Bağcılar rayonunda rəsmi qeydiyyatda olmayan avtomobil kirayaləmə firmasından "Reno Clio" markalı avtomobil kirayəyə götürüblər.

Daha sonra onlar Diyarbəkirə, oradan da Mardin vilayətinə keçiblər.

Mardində 1 gün oteldə qaldıqdan sonra 1 tonluq bombanı avtomobilə yükləyərək əvvəlcə yenidən Diyarbəkirə, oradan da İstanbula gəliblər.

İstanbulda bir həftə qaldıqdan sonra terrorçular avtomobillə terror aktının törədiləcəyi yeri müəyyənləşdirib və fəaliyyətə başlayıblar.

Terrorçular tam 1 həftə Vezneçilerdə kəşfiyyat apararaq çevik polisin gəliş-gediş marşrutunu və zamanını diqqətlə izləyiblər.

Bombanın detanatorlardan biri avtomobilə, digəri isə qadın terroristin üzərinə yüklənib.

Qadın terrorçu polis maşınını təqib edərək otelin önündə özü ilə bərabər avtomobili də partladıb.

Qeyd edək ki, bu terakt nəticəsində ölənlərlə yanaşı 36 nəfər də yaralanıb. (musavat)

Mediainfo.az