300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verilib

300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verilib

9 İyun 2016 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

2015-2016-cı tədris ilində pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində "Gələcəyin müəllimi" təqaüdü verilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən KİV-ə bildirilib ki, bununla da "Gələcəyin müəllimi" təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub.

Mediainfo.az