Əbülfəz Elçibəyin vəfatından 11 il ötür

Əbülfəz Elçibəyin vəfatından 11 il ötür

22 Avqust 2011 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olan Əbülfəz Elçibəy (Əliyev) 24 iyun 1938-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib. 1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Naxçıvanın Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb. Uzun zaman əziyyət çəkdiyi xəstəlikdən sonra 2000-ci il 22 avqust tarixində Türkiyənin paytaxtı Ankarada vəfat edib, daha sonra I Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.

Sakit Hüseynov

O.M.