Gəncədə avtomobil aşıb

Gəncədə avtomobil aşıb

8 İyun 2016 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində yük avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Apa -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsinə gedən yolda qeydə alınıb. Şəmkir rayon sakini Mahal Hüseynov idarə etdiyi "QAZel" markalı avtomobillə hərəkətdə olarkən "VAZ-21015" markalı avtomobillə toqquşub. Qəza zamanı yük avtomobili yolun kənarına aşıb, "VAZ-21015" isə yüngül zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Gəncə Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.

Mediainfo.az