Daha bir hərbi komissar müavini həbs edilib

Daha bir hərbi komissar müavini həbs edilib

19 Avqust 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Hərbi Prokurorluğu 3 aydan artıq Lənkəran Rayon Hərbi Komissarlığında yoxlamalar aparıb. Aparılan yoxlamalar bu ay başa çatıb və komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq Lənkəran rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən polkovnik-leytenant Hüseyn İbrahimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2.3-cü (rüşvət alma - təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, H. İbrahimov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.