Ərdoğan Somalidə Qızıl Aypara düşərgəsinə baş çəkdi

Ərdoğan Somalidə Qızıl Aypara düşərgəsinə baş çəkdi

19 Avqust 2011 16:30
743
Bəyəndim (0) Bəyənmədim (0)

3.2 milyonadək insanın aclıqdan əziyyət çəkdiyi Somaliyə səfər edən Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Cgzirə bölgəsində Qızıl Aypara Cəmiyyəti tərəfindən salınan düşərgəyə baş çəkib. Rəcəb Təyyib Ərdoğan əksəriyyəti qadın və uşaqların yerləşdirildiyi düşərgədə Somali sakinləri ilə yaxından söhbət edib və ərzaq yardımını onlara paylayıb. O, övladını dünən itirən bir qadına başsağlığı verərək bu regionda ən qısa zamanda səhra xəstəxanasının qurulacağını da deyib. Türkiyənin baş naziri düşərgədə qalan insanların yuyunması üçün su imkanlarının da təmin olunması tapşırığı verib. Qeyd edək ki, Rəcəb Təyyib Ərdoğan səfər çərçivəsində Somali prezidenti Şeyx Şərif Əhmədlə də görüşəcək.

Yardım bol olarsa, basılmaz vətən.

Tofiq Əliyev

O.M.