Pakistanda məscid partladılıb

Pakistanda məscid partladılıb

19 Avqust 2011 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Xayber vilayətinin Camrud şəhərində məsciddə partlayış törədilib. Azı 40 nəfər ölüb. Onlarla adam yaralanıb. Partlayış cümə namazından sonra insanların məscidi tərk etməyə başladığı baş verib. Məsciddə 300-dək adamın olduğu bildirilir.

Partlayışı kamikadzenin törətdiyi ehtimal edilir. Məscid binası dağılıb. Dağıntılar altında çox sayda adam qaldığından ölənlərin sayının artacağı ehtimal edilir. Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Allah evini partladanın Allah özü cəzasını verər.

Tofiq Əliyev

O.M.