Laqunda daşı ev sahibini öldürdü

Laqunda daşı ev sahibini öldürdü

6 İyun 2016 14:29
301
Bəyəndim (0) Bəyənmədim (0)

Ağır xəsarət alan kişi qanaxmadan hadisə yerində ölüb.

Bakıda tükürpədici hadisə baş verib. Laqunda daşı kişinin boğazını kəsib. Abşeron Rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nəriman Nəsirov həyətində təmir işləri apararkən laqunda daşı sınıb və onun boğaz nahiyəsindəki damarlarını kəsib.

Ağır xəsarət alan kişi qanaxmadan hadisə yerində ölüb.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə Sumqayıtda baş verib. Şəhər sakini Mobil Rüstəmov evinin qarşısında təmir işləri görən zaman həyatını itirib. Laqundanın kəsici daşı sınaraq onun boğaz nahiyəsində damarını kəsib. M.Rüstəmov hadisə yerində ölüb.

Mediainfo.az