8 yaşlı qızı maşın vurub

8 yaşlı qızı maşın vurub

6 İyun 2016 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda 8 yaşlı uşağı maşın vurub.

Apa-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 12.30 radələrində şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Rəfail Mirzəli oğlu Rzayevin idarə etdiyi "VAZ-21015" markalı, 90 NG 068 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, şəhər sakini, 2008-ci il təvəllüdlü Zəhra Müşviq qızı Teymurlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və dərhal həkim nəzarətinə götürülüb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az