Turistlərlə dolu olan gəmi batdı - VYETNAMDA

Turistlərlə dolu olan gəmi batdı - VYETNAMDA

5 İyun 2016 01:09
Bəyəndim (0) Bəyənmədim (0)

Vyetnamın Dananq şəhəri yaxınlığındakı Xan çayında içərisində 41 nəfər turist olan gəzinti gəmisi batıb.

Bu barədə məlumat Sinxua agentliyində yer alıb.

Hadisə bu gün yerli vaxtla 20.35 baş verib. Məlumata görə, bir çox sərnişin özü sahilə çıxa bilib, digər sərnişinlər isə kömək nəticəsində xilas ola biliblər. Hökumət xilasetmə əməliyyatları keçirir.

Yerli nəqliyyat idarəsinin nümayəndəsi bildirib ki, gəmi sahibinin turist gəzintisi həyata keçirmək icazəsi olmayıb. Turislər arasında xarici vətəndaşlar da olub. (musavat)

Mediainfo.az