Türkiyədə hərbi maşın partladıldı

Türkiyədə hərbi maşın partladıldı

3 İyun 2016 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə növbəti terror aktı törədilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin Silvan rayonunda baş verib.

Belə ki, terrorçu PKK qruplaşması silahlılarının avtomobil yoluna əvvəlcədən yerləşdirdikləri partlayıcının partlaması nəticəsində 8 əsgər yaralanıb. Hadisə hərbçilərin olduğu avtomobil həmin ərazidən keçərkən baş verib.

Xəbərdə yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb.

Mediainfo.az