Türkiyədə azərbaycanlı qətlə yetirildi

Türkiyədə azərbaycanlı qətlə yetirildi

12 Aprel 2011 16:54
857
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbuldakı Fatih Kumkapıda "Bahar" hotelində 2 nəfər başından vurularaq öldürüldü.

Əldə edilən məlumata görə, cəsədlər hotelin meneceri 46 yaşlı Nüsrət Şakar ilə Gürcüstan əsilli 31 yaşlı Roza İsmayılovaya aiddir. Gecə saatlarında başlarından vurularaq öldürüldüyü iddia edilən mərhumların cəsədləri qonşuları tərəfindən tapıldı. Dərhal hadisə yerinə gələn polis araşdırmadan sonra cəsədləri ekspertizaya göndərdi.

Alınan bilgiyə görə, Şakar ilə gürcü əsilli 3 nəfər arasında uzun müddət idi ki, münaqişə yaşanırdı. Sonradan çamadanlarını da götürərək, hoteldən ayrılan şəxslərdən indi nə səs var, nə də soraq. Hazırda türk polisi bu şəxslərin axtarışındadır.

Onu da nəzərinizə çatdıraq ki, Gürcüstandan işləmək üçün Türkiyəyə gələn, sonradan burada ailə quran Roza İsmayılova milliyyətcə azərbaycanlıdır.

Hazırda hotelin digər 9 müştərisi də ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Biz bu cinayət xəbərinin yazarı olduq, siz isə oxucusu. Yaxşı ki, heç birimiz onun iştirakçısı olmadıq.

Günel Şahməmmədova

O.M.