Saatlıda narkotik əməliyyatı

Saatlıda narkotik əməliyyatı

1 İyun 2016 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Saatlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Famil Nərimanov və Eldəniz Nərimanov həbs edilib.

Onların həyətyanı sahələrindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi müvafiq olaraq 8 kiloqram olan 22 ədəd və 10,2 kiloqram olan 20 ədəd çətənə kolları aşkar edilib.

Bundan başqa, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rizvan Abbasovdan 2 kiloqram 310 qram marixuana götürülüb.

Mediainfo.az