Çimərliklərdə dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq

Çimərliklərdə dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq

19 Avqust 2011 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 22-25°, gündüz 30-35° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 20-24°, gündüz 30-35° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoz: Həftənin sonunadək Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı temperatur şəraiti gözlənilsə də, havada rütubətin çox olması səbəbindən meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Havanın necə olacağından asılı olmayaraq sizə aydın səma arzulayırıq.

Günel Həbib

O.M.