Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib - YAĞIŞ YAĞACAQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib - YAĞIŞ YAĞACAQ

1 İyun 2016 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən KİV-ə verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında - iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Mediainfo.az