Suriyada hakimiyyət əleyhinə çıxış zamanı 26 nəfər öldürülüb

Suriyada hakimiyyət əleyhinə çıxış zamanı 26 nəfər öldürülüb

19 Avqust 2011 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Dəməşqdəki stadionlardan birində hakimiyyət əleyhinə çıxışın yatırılması zamanı 26 nəfər öldürülüb. Məlumata görə, kütləvi qətldən əvvəl qurbanlarının gözlərini bağlayıblar. BMT Təhlükəsizlik Şurasına təqdim edilən hesabatda o deyilir ki, 13 yaşlı yeniyetmə edam edilib, hospitalların binaları atəşə tutulub.

Qeyd edək ki, Suriyada hakimiyyət əleyhinə aksiyalar martın ortalarında başlayıb. Hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri və polislə qarşıdurmalar zamanı ölən nümayişçilərin sayı 2000 nəfərə çatıb.

Dünya siyasəti şahmata bənzəyir. Bu oyunda ən çox zərər çəkənsə piyadalar olur.

Tofiq Əliyev

O.M.