Müğənni Rövşən Behcət vəfat edib

Müğənni Rövşən Behcət vəfat edib

19 Avqust 2011 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış müğənni, "Göy göl" ansamblının sabiq solisti Rövşən Behcət uzun sürən ağır xəstəlikdən sonra Bakıdakı evində vəfat edib. 66 yaşında dünyasını dəyişmiş mərhumla vida mərasimi avqustun 19-da saat 12:00-dan 15:00-dək qədər Gəncə Dövlət Dram Teatrında keçiriləcək. Xanəndə Gəncədəki İmamzadə məzarlığında dəfn olunacaq. Rövşən Behcət uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rövşən Behcət əslən Cənubi Azərbaycandandır. Mərhum 1945-ci il martın 17-də Təbrizdə dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı "Göy göl" xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb.

Allah rəhmət eləsin.

Tofiq Əliyev

O.M.