Ayı tərəfindən canlı-canlı yeyildilər

Ayı tərəfindən canlı-canlı yeyildilər

19 Avqust 2011 10:53
778
Bəyəndim (0) Bəyənmədim (0)
Talesiz ana telefonda qızının qışqırıqlarını dinlədi

"Daily Express"in xəbərinə görə, Kamçatkanın Telmanlıy bölgəsinə tətilə yollanan 19 yaşlı Olqa Moskalyova ilə ögey atası ayı ailəsi ilə qarşılaşıb. Ana ayı hələ dəqiq bilinməyən səbəbdən Olqa və atalığına hücum edib. İqor Sıqanenkovu param-parça edən ana və iki balası olay yerindən sadəcə 70 metr qaça bilən Olqaya tərəf üz tutublar. Təxminən 1 saat davam edən bu dəhşətli hadisə zamanı Olqa anasına 3 dəfə zəng vura bilib. Tatyana Moskalyova əvvəlcə bu sözlərin zarafat olduğunu düşünüb: "Ana, kömək elə, onlar mən yeyirlər!" Lakin sonradan xəttin o biri başından xırıltı, marçıltı səsləri gəlincə, Tatyana hərəkətə keçib. Lakin artıq gec olub. Çünki onun qızı da ayıların "naharına" çevrilib.

Bu zəngdən sonra İqorun qardaşı Andrey hadisə yerinə polislərlə birlikdə yollanıb. Orada insan qalıqlarını yeyən ac ayılarla rastlaşıblar. Meşəbəyi iki insanın həyatına son verən bu ayıların cəzasını kəsib: onları güllələyərək, öldürüb.

Ayıya dayı de, işinin xətrinə...

Günel Həbib

O.M.