Bakı-Quba yolunda 4 avtomobil toqquşub

Bakı-Quba yolunda 4 avtomobil toqquşub

18 Avqust 2011 16:47
880
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba yolunun 161-ci kilometrliyində, Quba rayonunun İqriq kəndi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Dəyanət Məmmədovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, qəza eyni istiqamətdə hərəkət edən - Quba rayon sakini Qurbanov Murad Mövlud oğlunun idarə etdiyi 40 BF 752 dövlət nömrə nişanlı "Kamaz" markalı, Qusar rayon sakini Rəhmanov Yusif Əlisman oğluna məxsus 10 VP 190 dövlət nömrə nişanlı "Mercedes" markalı, Quba şəhər sakini Əzizov Telman Nəcəf olunun idarə etdiyi 90 AJ 544 dövlət nömrə nişanlı "Suzuki" markalı və sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Lada 2170" markalı avtomobillərin toqquşması nəticəsində yaranıb. Nəticədə 3 avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Qəzada əsas təqsirli bilinən "Lada 2170" markalı nəqliyyat vasitəsinin sürücüsü isə avtomobilinin dövlət nömrə nişanını çıxararaq hadisə yerindən uzaqlaşıb. Qeyd edək ki, bu yol-nəqliyyat hadisəsi magistral yolun 1 saatdan çox bağlanmasına səbəb olub. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Sürət yolu yox, həyatı qısaldır.

Tofiq Əliyev

O.M.