Bayılda torpaq sürüşməsi

Bayılda torpaq sürüşməsi

18 Avqust 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gündən başlayaraq Bayıl qəsəbəsində sürüşmə zonasında aktivlik müşahidə olunmağa başlayıb. Nəticədə Şəhidlər Xiyabanında Əbədi məşəl abidəsindən başlayaraq Neftçilər prospektinə qədər çat zolağı müşahidə olunub. Gecə saatlarında Fövqəladə Hallar Nazirliyi çat zolaqlarını gillə doldurmağa başlayıb. Teleteatr Bayıl istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə baş nazirin müavini Abid Şərifov, Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev də baş çəkib. Sürüşmə ərazisində yaradılmış qərargahda mütəxəssislərin iştirakı ilə məsləhətləşmələr aparılır. Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında sürüşmənin səbəbinin təbii amillərlə bağlı olduğunu bildirib.

Torpaq da ayağısürüşkənlik edir.

Tofiq Əliyev

O.M.