İsraildə sərnişin avtobusu atəşə tutulub

İsraildə sərnişin avtobusu atəşə tutulub

18 Avqust 2011 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin cənubunda Misirlə sərhəddə yerləşən Eylat şəhəri yaxınlığında silahlı şəxslər sərnişin avtobusunu atəşə tutub. Beer-Şevadan Eylata dogru hərəkət edən avtobusun 5 sərnişini yaralanıb. Avtobusu təqib edən silahlı şəxslər Eylat şəhərinin 30 kilometrliyində onu davamlı atəşə tutublar. Hadisəni törədənlər qaçmağa müvəffəq olublar. İsrail baş verən hadisəni "terror aktı" kimi qiymətləndirib.

Tofiq Əliyev

O.M.