Jurnalist həbs olundu

Jurnalist həbs olundu

12 Aprel 2011 15:22
1 017
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni Misirdə yeni "demokratiya"

Misirdə yeni diktatura dönəmi başlayıb. Belə ki, müvəqqəti hökuməti idarə edən hərbi şuranın bu dəfəki hədəfi jurnalist olub.

İnsan Haqlarını Hüdafə Komitəsi misirli bloqçu Maikel Nebilin ordunu təhqir etməsi səbəbi ilə üç il müddətinə həbs olunmasını qınayıb.

Dünən Misir hərbi məhkəməsi 25 yaşındakı Nebili "uyğun olmayan ifadələr işlətdiyi", ordunu təhqir etdiyi və eyni zamanda gənc misirlilərə mənfi təsir göstərdiyi üçün həbs edib.

Nebil öz bloqunda Misir silahlı qüvvələrinin Mübarək dönəmini tənqid etmiş, rüşvətxorluqda günahlandırmış və beynəlxalq təşkilatlara bu barədə əldə etdiyi sənədləri göndərmişdi.

Sənədlərdə mitinq təşkilatçıları və iştirakçılarına qarşı zorakılıqlar əks olunur. Eyni zamanda Misir muzeyinə salınmış mitinq iştirakçılarının işgəncəyə məruz qaldığını və öldürüldüyünü sübut edən şəkillər də yer alıb.

Yuxarı tüpürürsən, bığdır, aşağı tüpürürsən, saqqal. Belə getsə, müsəlman ölkələrində tüpürmək də yasaq olacaq.

Elvin Babayev

O.M.