Əfqanıstanda partladılan avtobusda 14 nəfər ölüb

Əfqanıstanda partladılan avtobusda 14 nəfər ölüb

18 Avqust 2011 12:27
927
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanda partlayış törədilib. Herat vilayətində sərnişin avtobusunun keçdiyi yolda partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 14 nəfər ölüb. Çox sayda adam xəsarət alıb. Ölən və yaralılar arasında qadın və uşaqlar da var.

Ölkənin şərqindəki Paktia vilayətinin Qardez şəhərində isə Amerika hərbi bazası qarşısında partlayış olub. Partlayıcı maddə ilə dolu yük avtomobili bazaya çırpılıb. Çox sayda Amerika hərbçisinin öldüyü və yaralandığı bildirilir. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Avtobusla mənzil başına getmək istəyən sərnişinlər son mənzilə getdilər.

Tofiq Əliyev

O.M.