İƏT ölkələri Somaliyə 350 milyon dollar yardım ayıracaq

İƏT ölkələri Somaliyə 350 milyon dollar yardım ayıracaq

18 Avqust 2011 12:12
911
Bəyəndim (0) Bəyənmədim (0)

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr Somalidə aclıqdan əziyyət çəkən insanlara ümumilikdə 350 milyon dollar ayıracaq. Müvafiq qərar İstanbulda başa çatmış İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin fövqəladə iclasında qəbul edilib. İclasda 57 müsəlman ölkəsinin təmsilçisi Somalidəki insanlıq faciəsi və bu ölkə əhalisinə əlaqələndirilmiş yardım yollarını müzakirə ediblər. Somalidəki vəziyyətlə əlaqədar Türkiyə, Azərbaycan, Pakistan və bir çox digər İƏT ölkəsi artıq bu ölkəyə yardım kampaniyasına start verib. İstanbuldakı toplantıda Azərbaycanı ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi, səfir Tofiq Abdullayev təmsil edib.

Toxun da acdan xəbəri oldu.

Tofiq Əliyev

O.M.