Sankt-Peterburqda afrikalılarla azərbaycanlılar arasında dava düşüb

Sankt-Peterburqda afrikalılarla azərbaycanlılar arasında dava düşüb

17 Avqust 2011 17:31
1 133
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının yaydığı xəbərə görə, Sankt-Peterburq şəhərinin Nevski rayonunda azərbaycanlılarla afrikalılar arasında dava düşüb. Nəticədə bir Keniya vətəndaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin məlumatına görə, Həmrəylik prospekti, ev 1 ünvanından ağır vəziyyətdə 33 yaşlı Keniya vətəndaşı gətirilib. İlkin diaqnoza görə, afrikalıda ağır kəllə-beyin travması, bud nahiyəsində kəsilmiş-deşilmiş yaralar qeydə alınıb.

Hazırda aparılan operativ-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, milli versiyada hücum versiyası öz təsdiqini tapmayıb. Polis əməkdaşlarına məlum olub ki, afrikalı dostu ilə birgə Həmrəylik prospektində Azərbaycan vətəndaşları ilə görüşüb. Onların aralarında mübahisəli maliyyə-kredit məsələsi olub. Görünür, söhbət zamanı bu münasibətlər dalana dirənib və tərəflər arasında dava düşüb. Dava zamanı dəyənək və bıçaqdan istifadə olunub.

Qonaq qonağı sevməz, ev yiyəsi heç birini.

Tofiq Əliyev

O.M.