Almaniyadakı azərbaycanlılar etiraz aksiyası keçirəcək

Almaniyadakı azərbaycanlılar etiraz aksiyası keçirəcək

17 Avqust 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Ştutqartda etiraz aksiyası keçirəcək. Aksiyanın məqsədi sentyabrın 16-dan 22-dək keçiriləcək Ermənistan Mədəniyyəti Günləri çərçivəsində nəzərdə tutulan "20 il Dağlıq Qarabağ Respublikası" adlı konsert proqramına etiraz etməkdir. Təşkilat Almaniyada fəaliyyət göstərən bütün diaspor cəmiyyətlərinə məktubla müraciət edərək onları ermənilərin sentyabrın 19-da Ştutqart şəhərinin Bad Kanştatt rayonunda keçirmək istədikləri konsert haqqında məlumatlandırıb və bu qeyri-qanuni tədbirlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb.

İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır. (Musa Xorenatsi)

Tofiq Əliyev

O.M.