Bal ayına gedən bəyi akula parçaladı

Bal ayına gedən bəyi akula parçaladı

17 Avqust 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Seyşel adaları arxipelağının Praslin adasında faciə baş verib. Bura yenicə ailə qurduğu həyat yoldaşı ilə bal ayına gələn 30 yaşlı britaniyalıya dənizdə çimərkən köpək balığı hücum edib. Yırtıcının hücumu nəticəsində təzə bəy dünyasını dəyişib.

Qeyd edək ki, bu, ay ərzində baş verən ikinci belə hadisədir. Avqustun 2-də akula Fransadan olan 36 yaşlı turisti parçalamışdı.

Xatırladaq ki, son 50 il ərzində bu ərazilərdə yırtıcıların insanlara hücum faktı qeydə alınmayıb. İndi isə Seyşel adalarında bəzi buxtalarda və Praslin adası sahillərində çimmək müvəqqəti olaraq qadağan olunub.

Bal ayı zəhər ayına çevrildi.

Tofiq Əliyev

O.M.