Nepalda qayığın batması nəticəsində 20-dən çox adam ölüb

Nepalda qayığın batması nəticəsində 20-dən çox adam ölüb

17 Avqust 2011 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Nepalın cənubunda yağan leysan yağışlar çayda qayığın batmasına səbəb olub. Yerli polis orqanları qayıqda 35 nəfər olduğunu, sərnişinlərdən yalnız 12-nin sağ qaldığını bildirib. Qayığın dünən Katmandunun 400 kilometr cənub-şərqindəki Kamala çayında batdığı məlum olub. Hava qaranlıq olduğundan xilasetmə qüvvələri çayda axtarışı dayandırıblar. Polis həmçinin qayığın köhnə və çox yüklü olduğundan batdığını bildirib.

Vaxtında tədbir görüləndə bir çox qəzaların qarşısını almaq olur.

Tofiq Əliyev

O.M.